24.03.2010, 10:57
Beynəlxalq insan haqları təşkilatı - Jurnalistləri Müdafiə Komitəsi “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdən buraxılmasını alqışlayıb. Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri də prezident İlham Əliyevin son əfv sərəncamını müsbət qiymətləndirib.
“Azadlıq” radiosunun məlumatına görə, hər iki qurum əfv sərəncamının bütün jurnalistləri əhatə etməməsinə də münasibət bildirib. Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında həbsdə saxlanan jurnalist Eynulla Fətullayevin, bloqçular Emin Milli və Adnan Hacızadənin də həbsdən çıxacaqlarına ümid ifadə olunub. Həmməruzəçilərin AŞPA-nın internet səhifəsində yerləşdirilən bəyanatında isə Eynulla Fətullayevin əfvə düşməməsinə təəssüf bildirilib.
«Media forum»