Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
“Dağlıq Qarabağ: reallıqlar, perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirmişdir
25.05.2010, 02:11

Azad Müəllimlər Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 21 may 2010 – cu il tarixdə Bakıda “Dağlıq Qarabağ: reallıqlar, perspektivlər” mövzusunda beynəlxalq konfrans  keçirmişdir. Maarifləndirmə missiyası daşıyan konfransda  Azəpbaycan ziyalıları, elm xadimləri, Millət vəkilləri, QHT rəhbərləri ilə yanaşı Türkiyə,  Ruminiya, Qazaxıstan və Gürcüstandan təhsillə bağlı Qeyri – Hökümət Təşkilatlarının rəhbərləri  iştirak etmişlər.

 

Konfransı giriş sözü ilə AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudov  açaraq Qarabağ probleminin əsas mahiyyəti haqqında məlumat verdi. Daha sonra AMEA  Tarix İnstitunun şöbə müdiri, tarixi elmləri doktoru Qasım Haciyev, tarix elmləri namizədi Nazim Məmmədov, tarix elmləri namizədi Qorxmaz Mustafayev Qarabağın tarixi, milli-etnik tərkibi və münaqişənin sülh yolu ilə həlli perspektivləri ilə bağlı məruzələr etmiş, verilən sualları cavablandırmışlar. Konfrans iştirakçıları eyni zamanda Ermənistanın təcavüzü nəticəsində məhv edilmiş təhsil, mədəniyyət abidələri haqqında maraqlı faktlarla tanış olmuş, ətraf mühitə və təbii sərvətlərə dəymiş zərər haqqında məlumatları dinləmişlər.

 

Konfrans öz işini 22 may 2010-cu il tarixdə “Münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu” mövzusunda keçirilmiş Dəyirmi masada davam etdirmişdir. Mövzu ətrafında müzakirələrdə Uluslararası Avrasiya Eyitimçiləri Fedetasiyasının sədri Ş.Özcan (Türkiyə), “Təhsil və Kainat” Müəllimlər Birliyinin sədri N.Ramişvili (Gürcüstan), “Dəngi dənginə” Qazax Assosiasiyasının prezidenti S.Yelkeyev (Qazaxıstan), Rumıniya Demokrat Birliyi Təhsil Komissiyasının sədri V.Bormambet, QAT Ağsaqqallar Şurasının sədri A.Məmmədov, Azərbaycan Ziyalılarına Sosial Yardım İB-nin rəhbəri S.Bayramova, Qadınlar arasında  Həmrəylik İB-nin sədri R.Hüseynova, Təhsil Cəmiyyətinin sədri N.Əliyev, Demokratiya Monitoru İB-nin rəhbəri F.Həsənov  və b. münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin roluna dair maraqlı mülahizə və təkliflərlə çıxış etmişlər. Dəyirmi masanı Humanitar Tədqiqatlar Mərkəzinin sədri Ə.Həsənov aparmışdır. Sonda Bakı Bəyannaməsi qəbul edilmişdir.



   

Oxunub: 300     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  

Müsahibələr

Humanitar Tədqiqatlar Cəmiyyəti
 
Yeniliklər
» - Mədəni müxtəlifliliyin qorunmasında III sektorun rolu (HTC mətbuatda)
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100