25.05.2010, 02:15
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov mayın 24-də Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin Siyasi, İqtisadi və İnformasiya bölməsinin rəhbəri Jerom Pons, Siyasi məsələlər üzrə əməkdaşı Manfredas Limantes ilə görüşmüzdür.
Görüş zamanı Ə.Həsənov Vətəndaş Cəmiyyəti Forumunun (VCF) Azərbaycandan olan üzvlərinin fəaliyyəti və Milli Platformanın yaradılması istiqamətində məlumat vermiş, Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı QHT-lər tərəfindən aparılan ictimai məlumatlandırmanın səviyyəsindən danışmışdır.
Eyni zamanda VCF üzvləri ilə gələcəkdə Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı ictimai müzakirələrin, dəyirmi masaların keçirilməsi və bu işdə dövlət nümayəndələrinin və beynəlxalq ekspertlərin cəlb olunması perspektivlərinə də toxunulmuşdur.
* Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətinin Forumunun 16-17 noyabr 2009-cu il tarixdə Brussel şəhərində ilk iclası keçirilmişdir. Forumda iştirak etmək üçün Azərbaycandan 21 təşkilat akreditasiya almışdır. Bu təşkilatlar: D.Əliyeva Qadın Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi (DEVAMM), Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşunaslar Konfederasiyası, Şəffaflıq Azərbaycan təşkilatı, Ecoleks Təşkilatı, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Gəncə AgroBiznes Assosiasiyası, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Gəncə “Bilik” Cəmiyyəti, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, AN Şəbəkəsi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, Humanitar Tədqiqatlar Cəmiyyəti