08.06.2010, 06:07
Iyulun 7-də Humanitar Tədqiqatlar Cəmiyyəti (Azərbaycan) və Vətəndaş Cəmiyyəti İnstitutunun (Ermənistan) təşkilatçılığı ilə Bakı və Yerevan arasında video konferensiya təşkil olundu. Tədbir hər iki təşkilatın Böyük Britaniya səfirliyinin maliyyə dəstəyi ilə birgə icra etdiyi layihə çərçivəsində baş tutmuşdur.
Avstryalı konfliktoloq Professor Fridrix Qlazelin “Münaqişələrin həlli və eskalasiyası” mövzusunda məruzəsini dinləyən auditortiya münaqişənin isti və soyuq fazasında onun cəmiyyətin inkişafı üçün yaratdığı fəsadları müzakirə etmişdir.
Bir il davam edəcək layihə çərçivəsində bu sayca 3-cü video müzakirədir və layihə video müzakirələr, video mühazirə və birgə film nümayişi nəzərdə tutur. Bu saydan novbəti müzakirə Bakı və Dağlıq Qarabagdan olan gənclər arasında keçiriləcəkdir.