Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
AZƏRBAYCANDA İNSAN HÜQUQLARI KİTABXANASI AÇILIB
09.06.2010, 10:12

Bu gün Azərbaycan İnsan Hüquqları Evinin nəzdində “İnsan Hüquqları Kitabxanası”nın açılışı olub. Kitabxanada azərbaycan, rus, ingilis dillərində 3000 adda insan hüquqları, demokratiya, gender bərabərliyi, münaqişələr mövzusuna həsr olunmuş kitablar toplanıb.

 

İnsan Hüquqları Evinin tərəfdaşı, Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov “İnsan Hüquqları Kitabxanası”nın iş planı və malik olduğu kitablar barədə məlumat verib. Onun sözlərinə görə, təşkilatlar və fərdlər kitabxanaya kitablar təqdim edə bilər. “Kitabxana bütün təşkilatlar və insanlar üçün açıqdır. Kitabxana istifadəçilərə İnternetdən istifadə və kitabların surətinin çıxarılması üçün də şərait yaradır”.

 

Təqdimat mərasimində iştirak edən beynəlxalq təşkilatlar və müxtəlif insanlar kitabxanaya çoxsaylı kitablar hədiyyə edib.

 

Azərbaycan İnsan Hüquqları Evi 2007-ci ildə rəsmi olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və ölkədə fəaliyyət göstərən hüquq müdafiə təşkilatları üçün texniki imkanlar təqdim edən resurs mərkəzi rolunu oynayır. http://top7.az/default.asp?vr=az#anc4



   

Oxunub: 549     Məqalənin çapı
         

 
 


Şərhlər
  • Şərh yoxdur  

Müsahibələr

Humanitar Tədqiqatlar Cəmiyyəti
 
Yeniliklər
» - Mədəni müxtəlifliliyin qorunmasında III sektorun rolu (HTC mətbuatda)
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100