Ana səhifə       Haqqımızda       Fəaliyyətimiz       Layihələrimiz       Xəbərlər       Müsahibələr       Şəkillər       Links       Əlaqə      
 
  Azərbaycan    Русский    English
HTC mətbuatda Hüquq müdafiəçiləri Nəşrlərimiz
 
 
Layihələrimiz
 
**********************************
Layihələr 2008
«Dağlıq Qarabağ: cəmiyyətlə məsləhət» sənədli filmi
Humanitar Tədqiqatlar Cəmiyyəti «Dağlıq Qarabağ: cəmiyyətlə məsləhət» sənədli filmi hazırlayıb. İngiltərənin Barışıq Resursları Təşkilatının maliyyə, «İnternyus Azərbaycan» İctimai Birliyinin texniki dəstəyi ilə hazırlanan film Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülhyaratma prosesində iştirak edən QHT nümayəndələri və politoloqların müsahibələri əsasında çəkilib.
Münaqişə ilə bağlı tərəflərin mövqeyi, Azərbaycanın danışıqlar zamanı əldə etdiyi nəticələr, beynəlxalq vasitəçilərin rolu, cəmiyyətin münaqişəinin həllində iştirakı, müharibə ehtimalı və onun hansı nəticələr doğuracağı ilə bağlı məsələlər ətrafında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu, politoloqlar İlqar Məmmədov və Rasim Musabəyov, «3-cü baxış» Analitik İnformasiya Mərkəzinin rəhbəri Rauf Rəcəbov, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Sülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev və Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovun fikirləri tamaşaçıların diqqətinə çatdırılıb.
İngiltərənin Barışıq Resursları Təşkilatı (http://c-r.org/index.php) tərəfindən maliyyələşdirilib
 
***********************************
 
2007
Lənkaranda jurnalistlər və QHT-lər üçün “master klass”
Humanitar Tədqiqatlar Cəmiyyətinin Henrix Boll Fondu Cənubi Qafqaz ofisinin maliyyə dəstəyi ilə 28-30 noyabr 2007 tarixdə Lənkəran şəhərində jurnalistlər və İnsan hüquqları müdafiə təskilatları nümayəndələri üçün insan hüquqları, münaqişələr və gender problemləri mövzusunda “master klass” tədbiri keçirdi. Bakı, Gəncə və Lənkəran şəhərlərində baş tutmuş tədbirlərdə 80-ə yaxın jurnalist və QHT nümayəndələri iştirak etmişlər. Lənkəran şəhərində keçirilən master klassa müxtəlif rayonlardan olan 25 iştirakçı qatılmişdır.
 
***********************************
 
Layihələr 2006
 
 
QARABAĞ MÜZAKİRƏ OLUNUR» KİTABI
Kitab Böyük Britaniyanın "Conciliation Resources" (Barışıq Resursları) təşkilatının maliyyə dəstəyi ilə 300 nüsxədə çap edilib. Kitabda prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qarabağ probleminin həllinə dair rəsmi və qeyri-rəsmi mövqelər toplanıb. 7 fəsildən ibarət olan kitabda siyasi partiyaların platformaları, siyasi partiya liderlərinin fikirlərilə yanaşı, cəmiyyətdə tanınmayan hansısa iş adamlarının, tələbənin və s. fikirləri əksini tapıb.
 
*************************************
 
 

 

 

Müsahibələr

Humanitar Tədqiqatlar Cəmiyyəti
 
Yeniliklər
» - Mədəni müxtəlifliliyin qorunmasında III sektorun rolu (HTC mətbuatda)
» - 10: Bakıda sakitlikdir! Ermənistan və Türkiyədə danışıqlar gedir (HTC mətbuatda)
» - 9: Dağlıq Qarabağ bədii ədəbiyyatda vardırmı? (HTC mətbuatda)
» HELSINKI VƏTƏNDAŞ ASSAMBLEYASI AZƏRBAYCAN MILLI KOMITƏSI (Hüquq müdafiəçiləri)
» SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU (Hüquq müdafiəçiləri)
» DEMOKRATİA VƏ İNSAN HÜQUQLARI KOMİTƏSİ (Hüquq müdafiəçiləri)
» 2006: "Qarabağ müzakirə olunur" (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2002: "QHT-lər üçün yaddaş" kitabı (Azərbaycan dilində) (Nəşrlərimiz)
» 2007: South Caucasus experts’ network for IDP-s return/restitution issues policy facilitation (Rus, İnglilis) (Nəşrlərimiz)

 

 

 

Copyright 2009 humanrights-az.org. All rights reserved.
Powered by
NextPoint LLC

Rambler's Top100